OYU-da “Hipnoterapiya” mövzusunda təlim keçirilmişdir

22 May, 2023

OYU-da “Hipnoterapiya” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrası tərəfindən Sosial iş və psixologiya fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Hipnoterapiya" mövzusunda təlim təşkil olunmuşdur.
Təlim dəvət olunan Müasir Psixologiya Mərkəzinin psixoterapevti Könül Qocayeva OYU-nun Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, p.e.d., prof. Rəşid Cabbarov tərəfindən tələbələrə təqdim olunmuşdur.
Qonaq qismində dəvət olunmuş təlimçi müasir terapiya texnikaları barədə məlumat verərək, hipnoterapiyanın aktuallığını vurğulamiş və onun təşkili prosesini tələbələrə izah etmişdir.
Təlimdə Odlar Yurdu Universitetinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, p.e.d., prof. Rəşid Cabbarov və Sosial iş və psixologiya fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.