OYU-da “Beynəlxalq İqlim Günü”nə həsr olunan seminar keçirilmişdir

23 May, 2023

OYU-da “Beynəlxalq İqlim Günü”nə həsr olunan seminar keçirilmişdir
Odlar Yurdu Universitetində Biologiya və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Beynəlxalq İqlim Günü”nə həsr olunmuş seminar keçirilmişdir.
İlk öncə, tədbiri OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və seminar haqqında ümumi məlumat vermişdir.
Sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, dos. Fuad Hümbətov çıxış edərək tədbirin keçirilməsində öz dəstəyinə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə minnətdarlığını bildirmiş və seminarın mövzusu haqqında ətraflı məlumat vermişdir.
Seminarda çıxış edən OYU-nun Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev elmi tədqiqat işlərinin aparılması, məqalələrin OYU-nun "Elmi və Pedaqoji xəbərləri" jurnalında çap edilməsi, eyni zamanda bir mövzu haqqında ətraf mühitin tənzimlənməsində, ölçülməsində qeyri-səlis məntiqinin ideyalarının, modellərinin işlənmə məsələsinə baxılmasından danışmışdır.
Daha sonra Milli Hidrometeorologiya Xidmətinin Iqlim dəyişmələri mərkəzinin baş mütəxəssisləri və mühəndisləri tərəfindən "İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri, Sendai çərçivəsi", "Hava keyfiyyətin qiymətləndirilməsi aləti kimi dispersiya modelləşdirilməsi", "Dünyada və Azərbaycanda gender bərabərsizliyinə təsirləri" mövzularında təqdimatlarla çıxış etmişlər.
OYU-nun professor-müəllim heyəti və tələbələr tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən təşkilati dəstəyə görə OYU-nun rəhbərliyinə və seminarda fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunmuşdur.