OYU-da “Brendinq və şəxsi brendinq” mövzusunda təlim keçirilmişdir

23 May, 2023

OYU-da “Brendinq və şəxsi brendinq” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası tərəfindən Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Brendinq və şəxsi brendinq" mövzusunda təlim təşkil olunmuşdur.
"Ting" MMC-nin təsisçisi və direktoru Çinarə Köçəriyeva tərəfindən keçirilmiş təlimin məqsədi rəqabətli bazar mühitində şəxsi brendin formalaşdırılması, keyfiyyətli və optimal qiymətli məhsulların yaradılması üçün tələblərin bilik və bacarıqlarını stimullaşdırmaqdan ibarət idi.
Təlimdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti və Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.