OYU-da “Niyə turizm?” mövzusunda təlim keçirilmişdir

23 May, 2023

OYU-da “Niyə turizm?” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrası tərəfindən Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Niyə turizm?" mövzusunda təlim təşkil olunmuşdur.
"Smart Hotel Management" şirkətinin təsisçisi və direktoru Ceyhun Aşirov tərəfindən keçirilmiş təlimdə turizm sahəsinin postpandemiya və indiki dövrdə olan vəziyyəti, Azərbaycanda turizm, turizm sahəsinin inkişafı, təhsil və sənayenin birgə uğurlu fəaliyyət imkanlarından danışılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının professor-müəllim heyəti və Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.