OYU-nun müəllimi və tələbələri Birinci Tələbə Elmi Konfransında

25 May, 2023

OYU-nun müəllimi və tələbələri Birinci Tələbə Elmi Konfransında
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərovanın elmi rəhbərliyi ilə ADPU-nun SABAH Mərkəzində görkəmli türkoloq, professor, şair, ictimai-siyasi xadim Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və müasir türk dünyası” adlı Tələbə Elmi Konfransında OYU-nun filologiya ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Əfsanə Xeyrullayeva, 3-cü kurs tələbələri Fidan Əsədli, Şəlalə Abbasova, Pəri Muradlı, Ayşə Məmmədova, Səma Nurməmmədli və Aysun Əsədli iştirak etmişlər.
Tələbələrimizin tezisləri antiplagiat proqramı ilə yoxlanılmış, elmi heyətin müsbət rəyini alaraq qəbul edilmişdir. Konfransda uğurla məruzə edən tələbələrimiz sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki, fil.ü.f.d. Sevinc Qəmbərova konfransın “Türk filologiyası məsələləri” bölməsinə sədrlik etmişdir.
Konfransın açılışında ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri, h.ü.f.d. Eldar Qocayev, ADPU-nun SABAH Mərkəzinin rəhbəri, dos. Lalə Mürsəlbəyova, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva və b. iştirak etmişlər.