OYU-nun müəllim və tələbələri Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişlər

25 May, 2023

OYU-nun müəllim və tələbələri Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişlər
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müdir müavini, dos. Osman Musayev və dos. Şahnabat Cəlilovanın rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti və Pedaqoji, humanitar və dillər fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, “İstiqlal” ordenli, professor, Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirinə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri dəvət olunmuşdur.
Rəsmi hissədən sonra Xalq Yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunmuşdur.
Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı etmiş, tamaşa maraqla qarşılanmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.