OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir

25 May, 2023

OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə Odlar Yurdu Universiteti İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi İlhamə Tərlan qızı İsgəndərovaya iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bu münasibətlə universitetin bütün kollektivi adından İlhamə xanımı ürəkdən təbrik edir və ona elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!