Odlar Yurdu Universitetində “Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilmişdir

26 May, 2023

Odlar Yurdu Universitetində “Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və OYU-nun tədbirlər planına əsasən “Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni tələbələrimiz tərəfindən ifa olunmuş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən, siyasi irsindən söz açaraq, tələbələrimiz Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdilər.
Daha sonra tədbirin bədii hissəsində bizim istedadlı tələbələr tərəfindən təqdim olunmuş konsert proqramı da öz möhtəşəmliyi ilə iştirakçıların yaddaşında həkk olunmuş və alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.