Əziz həmvətənlər!
Bu gün biz dövlətimizin müstəqilliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqillik Gününü qeyd edirik.
Odlar Yurdu Universitetinin rəhbərliyi və professor-müəllim heyəti adından hər birinizi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun!
Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətənini, torpağını sevən, ərazi bütövlüyümüz uğrunda canını fəda verən, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının nurlu xatirəsini ehtiramla yad edirəm!
Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru