OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

30 May, 2023

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Elmi-metodiki seminarın rəhbəri, prof. Rüstəm Kamal seminarın açılışını etmiş və çıxış üçün sözu kafedranın müəllimi, f.ü.f.d., dos. Mehriban Mövlamovaya vermişdir.
Elmi-metodiki seminarda Filologiya və humanitar fənlər kafedrasının müəllimi, f.ü.f.d., dos. Mehriban Mövlamova “Folklorda oyunların təsnifi məsələsi (problemin qoyuluşu)” mövzusunda məruzə ilə çıxış etmiş və müxtəlif elmi sahələrinin (psixologiya, folklorşünaslıq, fəlsəfə, etnoqrafiya) tədqiqat obyekti olan oyunların mədəniyyətdə rolu və əhəmiyyəti, bədii mətnlərin sujet təşkilində motiv, xronotop və kommunikativ situasiya səviyyələrində funksionallığı və s. barədə məlumat vermişdir.
Daha sonra məruzə ətrafında müzakirələr başlamış, dos. O.Musayev, dos. Ş.Cəlilova, dos. N.Muxtarzadə, dos. G.Sofıyeva və b.m. R.Hüseynova, Z.Həsənova, R.Məmmədov çıxış etmişlər.
Seminarda Filologiya və humanitar fənlər kafedrasının müdir müavini, dos. Osman Musayev, kafedranın professor-müəllim heyəti və Pedaqoji, humanitar və dillər fakültəsinin tələbələri iştirak etmişlər.
Yekunda seminar rəhbəri, prof. R.Kamal məruzəçiyə tövsiyələrini vermiş və maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.