OYU-da “Peşakar turizm bilikləri” mövzusunda təlim keçirilmişdir

30 May, 2023

OYU-da “Peşakar turizm bilikləri” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrası tərəfindən Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Peşakar turizm bilikləri" mövzusunda təlim təşkil olunmuşdur.
"Sun-L Travel" şirkətinin icraçı direktoru Günel Şıxıyeva tərəfindən keçirilmiş təlimdə müasir turizmin problemləri, turizm sahəsinin postpandemiya və indiki dövrdə olan vəziyyəti, Azərbaycanda turizm sahəsinin inkişafından danışılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva, professor-müəllim heyəti və Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.