OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

30 May, 2023

OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Nərmin Əliyevanın “Frazeologizmlərin müxtəlif aspektlərdən tədqiqi məsələləri” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Seminarda frazelogizmlərin linqvistik xüsusiyyətlərindən, mənşəyindən, yaranmasından, inkişafından, forma və məzmunun zənginliyindən, ingilis dilindəki frazelogizmlərin bölgüsündən, ingilis və Azərbaycan frazelogizmlərinin tarixi-etnoqrafik xüsusiyyətlərindən bəhs edilmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Dillər kafedrasının müdir müavini, f.f.d., dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.