OYU-da “Bəzi efiryağlı bitkilərin Abşeronda introduksiyası və tətbiq sahələri” mövzusunda təlim keçirilmişdir

31 May, 2023

OYU-da “Bəzi efiryağlı bitkilərin Abşeronda introduksiyası və tətbiq sahələri” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrası tərəfindən Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Bəzi efiryağlı bitkilərin Abşeronda introduksiyası və tətbiq sahələri" mövzusunda təlim təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının böyük elmi işçisi İradə Məmmədova tərəfindən keçirilmiş təlimdə sədokimilər fəsiləsinin bəzi efiryağlı növlərinin Abşeronda çoxaldılması, yerli şəraitə uyğunlaşdırılması, bioloji, ekoloji və dekorativlik xüsusiyyətlərinin öyrənilməsindən danışılmışdır.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.