OYU-da “Abşeronun park və bağlarında dekorativ ot bitkilərinin öyrənilməsi” mövzusunda təlim keçirilmişdir

31 May, 2023

OYU-da “Abşeronun park və bağlarında dekorativ ot bitkilərinin öyrənilməsi” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrası tərəfindən Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Abşeronun park və bağlarında dekorativ ot bitkilərinin öyrənilməsi" mövzusunda təlim təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlğı laboratoriyasının müdiri, b.ü.f.d., Şəlalə Gülməmmədova tərəfindən keçirilmiş təlimdə Abşeronun park-bağlarında dekorativ ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, müxtəlif formalı kompozisiyalarda bioloji və dekorativ əlamətlərinə görə qruplaşdırılmasından danışılmışdır.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Təlimdə Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Təbiət, texniki və dizayn fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.