OYU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

31 May, 2023

OYU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və ingilis dilində olan tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları öncə müstəqil dövlətimizin memar və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Odlar Yurdu Universitetinin foyesində qoyulmuş büstünü ziyarət etmiş, tər çiçək dəstələri qoymuşlar.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, professor Samir Vəliyev açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və tədbir haqqında ümumi məlumat vermişdir.
Professor Samir Vəliyev çıxışında ölkəmizdə və Odlar Yurdu Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətini vurğulamış və Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə xalqımız qarşısında misilsiz xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən pakistanlı tələbəmiz Amina Jamil Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən birinin Pakistan olduğunu və İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və təhsil sahələrində inkişaf edən əlaqələrin mövcudluğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Pedaqoji, humanitar və dillər fakültəsinin tələbələri Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman hər bir sahədə gənclərə xüsusi önəm verdiyini vurğulamışlar.
Ulu Öndərin gənclərə göstərdiyi qayğı və diqqətdən söz açan tələbələrimiz, müxtəlif gənclər təşkilatlarının təşəkkül tapdığını, eyni zamanda, demokratik cəmiyyətin yaradılmasından danışmışlar.
Tədbirin bədii hissəsində Dillər kafedrasının müəllimi Arzu İsmayılova və Pedaqoji, humanitar və dillər fakültəsinin tələbələri tərəfindən bəstələr və milli rəqslər ifa edilmiş və alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.