OYU-da “Müasir dövrdə əmək bazarının perspektivləri. Yeni ixtisaslar və köhnəlmiş peşələr” mövzusunda təlim keçirilmişdir

01 İyun, 2023

OYU-da “Müasir dövrdə əmək bazarının perspektivləri. Yeni ixtisaslar və köhnəlmiş peşələr” mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası tərəfindən Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri üçün "Müasir dövrdə əmək bazarının perspektivləri. Yeni ixtisaslar və köhnəlmiş peşələr" mövzusunda təlim təşkil olunmuşdur.
Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri, ekonometrika, makroiqtisadiyyat və rəqəmsallaşma üzrə ekspert Esmira Əhmədova tərəfindən keçirilmiş təlimin məqsədi yeni rəqəmsal iqtisadiyyata transformasiya dövründə tələbələri əmək bazarının tələbini ifadə edən yeni ixtisaslarla tanış etmək, onlarda gələcəyin peşə sahələrinə uyğun bilik və bacarıqların formalaşdırılmasını stimullaşdırmaqdan ibarət olmuşdur.
Təlimdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti və Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan “İNTELLEKT” qrupunun tələbələri iştirak etmişlər.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, “İNTELLEKT” qrupları Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.