Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətləri” mövzusunda konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və konfrans haqqında ümumi məlumat vermişdir.
Sonra Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev çıxış edərək
konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Daha sonra konfransda iştirak edən tələbələrin məruzələri dinlənilimişdir.
Məruzələr əsasən: "Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətləri", "İqtisadiyyatda təhsilin rolu", "İqtisadiyyatın inkişaf etmə səbəbləri", "İqtisadiyyatda turizmin rolu" və bu kimi mövzulardan ibarət idi.
Çıxışlardan sonra, konfrans iştirakçıları mövzular ətrafında məruzəçilərə bir sıra suallar ünvanlamışlar. Mövzuların aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzular və çıxışlar konfrans iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.