Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası tərəfindən bakalavr pilləsində "Marketinq", "Menecment", "Biznesin idarə edilməsi", "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyaları keçirilmişdir.
Tələbələr istehsalat təcrübəsi proqramının gündəliyini və proqramda nəzərdə tutulmuş məsələlərə müvafiq olaraq hesabatı tərtib edərək attestasiya komissiyasına təqdim etmişlər.
Qeyd edək ki, istehsalat təcrübəsi bakalavrların nəzəri olaraq mənimsədikləri bilik və bacarıqları təcrübə keçdikləri müəssisə, idarə və təşkilatlarda möhkəmləndirir, praktiki vərdişləri inkişaf etdirir, onlarda ümumi mədəni və peşə səriştələrinin kompleks şəkildə formalaşmasına töhfə verir.
Tələbələrin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyalarında Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti və Biznes idarəçiliyi və iqtisadiyyat fakültəsində təhsil alan tələbələr iştirak etmişlər.