OYU-da Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan tələbələrin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyaları keçirilmişdir

07 İyun, 2023

OYU-da Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan tələbələrin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyaları keçirilmişdir
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrası tərəfindən bakalavr pilləsində "Turizm işinin təşkili" ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyaları keçirilmişdir.
Tələbələr istehsalat təcrübəsi proqramının gündəliyini və proqramda nəzərdə tutulmuş məsələlərə müvafiq olaraq hesabatı tərtib edərək attestasiya komissiyasına təqdim etmişlər.
Qeyd edək ki, istehsalat təcrübəsi bakalavrların nəzəri olaraq mənimsədikləri bilik və bacarıqları təcrübə keçdikləri müəssisə, idarə və təşkilatlarda möhkəmləndirir, praktiki vərdişləri inkişaf etdirir, onlarda ümumi mədəni və peşə səriştələrinin kompleks şəkildə formalaşmasına töhfə verir.
Tələbələrin yekun hesabatlarının qəbulu və təcrübə attestasiyalarında Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, Beynəlxalq münasibətlər və turizm kafedrasının professor-müəllim heyəti və Hüquq, beynəlxalq münasibətlər və turizm fakültəsində təhsil alan tələbələr iştirak etmişlər.