OYU-nun rektoru, professor Əhməd Vəliyevin Milli Qurtuluş Günü münasibəti ilə təbriki

15 İyun, 2023

OYU-nun rektoru, professor Əhməd Vəliyevin Milli Qurtuluş Günü münasibəti ilə təbriki

Əziz həmvətənlər!

Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun - Milli Qurtuluş Günüdür.
Bu münasibətlə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!
Bu tarix xalqımız, millətimiz üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Xalqımız və dövlətimiz Ümummilli Liderimizin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi təhsil sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.
Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün Ümummilli Liderimizin layıqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi ilə xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.

Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru