OYU professoru Azərbaycan Respublikasının Mərkəzi Bankının görüşündə

13 İyun, 2023

OYU professoru Azərbaycan Respublikasının Mərkəzi Bankının görüşündə
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədovun Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun dəvəti ilə bank sədri və onun komanda üzvləri ilə ölkədə həyata keçirilən pul-kredit siyasətinin müzakirəsinə həsr edilmiş növbəti görüşü baş tutmuşdur.
Qeyd olunan görüşdə bank sektorunun inkişaf istiqamətləri ilə baĝlı Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbər heyətinin təqdimatı olmuşdur.