Türkiyə Respublikasının Artvin Çoruh, Bayburt və Kütahya Dumlupınar universitetlərinin nümayəndələri Odlar Yurdu Universitetində

03 İyun, 2022

Türkiyə Respublikasının Artvin Çoruh, Bayburt və Kütahya Dumlupınar universitetlərinin nümayəndələri Odlar Yurdu Universitetində

2022-ci il İyun ayının 3-də Türkiyənin Artvin Çoruh, Bayburt, Kütahya Dumlupınar universitetlərinin nümayəndələri və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev Odlar Yurdu Universitetində olublar.
Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev gələn qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə arasında tarixən isti və qardaşlıq münasibətlər olub. Ulu öndər Heydər Əliyev də Türkiyə ilə münasibətlərə xüsusi önəm verirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qarşılıqlı Universitetlər arasında əlaqələrin önəmindən danışan professor Əhməd Vəliyev gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını söyləyib. Daha sonra görüşdə iştirak edən qonaqlara söz verilib. Odlar Yurdu Universiteti ilə Artvin Çoruh və Bayburt universitetləri arasında akademik əməkdaşliq protokolu imzalanıb.
Görüşün yekununda gələn qonaqlarla xatirə şəkilləri çəkdirilib.