OYU-nun rektoru, professor Əhməd Vəliyev Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında ayrı-ayrı sənət növləri üzrə ən yüksək nəticələr qazanmış Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələri ilə görüşmüşdür.
Görüşdə rektor universitetimizi və kollecimizi təmsil etmiş və ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsinin qatıldığı bədii yaradıcılıq müsabiqə-festivalında ən yüksək nəticələr əldə etmiş tələbələrimizi təbrik etmişdir və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Qeyd olunan görüşdə Odlar Yurdu Universtitetinin rektoru, professor-müəllim heyəti və bədii yaradıcılıq müsabiqə-festivalında ən yüksək nəticələr qazanmış Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələri iştirak etmişlər.
Sonda Odlar Yurdu Universitetinin və kollecinin tələbələrinə diplomlar təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.