Abituriyent Məsləhət Mərkəzi

16 İyul, 2023

Abituriyent Məsləhət Mərkəzi
Diqqət! Diqqət!
 
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi 06.07.2023-13.07.2023-cü il tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə, bakalavrlara tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə ərizə qəbulu, abituriyentin, bakalavrın elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər.
Abituriyentlər və bakalavrlar onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Mərkəz ödənişsiz fəaliyyət göstərir!
 
İş vaxtı: həftə içi saat 10:00-dan - 17:00-a kimi
Ünvan: Koroğlu Rəhimov küç, 13 AZ1072 (OYU-nun inzibati binası, otaq №204)
Əlaqə: 055-465-85-27