Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində 3-7 iyul tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara Belçika Krallığının paytaxtı Brüsseldə start verilmişdir.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara Belçika Krallığının paytaxtı Brüsseldə yerləşən Avropa İdarəetmə İnkişafı Fondu (EFMD) ev sahibliyi edir.
Sözügedən tədbirlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan universitetlərindən prorektorlar və digər rəhbər şəxslər iştirak edirlər.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov təmsil edir.
Tədbirdə Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD) direktoru və səlahiyyətli nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.