Odlar Yurdu Universitetinin magistratura və MBA proqramı üzrə ixtisasları (ixtisaslaşmaları)

17 İyul, 2023

Odlar Yurdu Universitetinin magistratura və MBA proqramı üzrə ixtisasları (ixtisaslaşmaları)
Diqqət! Diqqət!

Odlar Yurdu Universitetinin magistratura və MBA proqramı üzrə ixtisaslarını (ixtisaslaşmalarını) nəzərinizə çatdırırıq.
2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 2023-cü il iyulun 6-dan iyulun 13-dək aparılacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə, bakalavrlara tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə ərizə qəbulu, abituriyentin, bakalavrın elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər.
Abituriyentlər və bakalavrlar onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Mərkəz ödənişsiz fəaliyyət göstərir!

İş vaxtı: həftə içi saat 10:00-dan - 17:00-a kimi
Ünvan: Koroğlu Rəhimov küç, 13 AZ1072 (OYU-nun inzibati binası, otaq №204)
Əlaqə: 055-465-85-27