OYU-nun prorektoru İsveç Krallığına baş tutmuş səfərlə bağlı təlim keçmişdir

24 May, 2022

OYU-nun prorektoru İsveç Krallığına baş tutmuş səfərlə bağlı təlim keçmişdir

Odlar Yurdu Universitetininn Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov 16-20 may tarixlərində İsveç Krallığına baş tutmuş səfərlə bağlı təlim keçmişdir.
Təlimdə Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu univeristetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi etdiyini qeyd olunmuşdur.
Sözügedən tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr üzrə prorektor və digər rəhbər, İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələri, Kral Texnologiya Universitetinin, Stockholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı ilə baş tutduğu təlim iştirakçılarının nəzərinə çatdırılmışdır.
Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər-2030 gələcəyə baxış” mövzusunda təqdimatı haqqında məlumat verilmişdir.