Odlar Yurdu Universitetinin magistratura və MBA proqramlarını seçib maqistrant adını qazanan hər bir gəncimizi səmimi-qəlbdən təbrik edirik

20 İyul, 2023

Odlar Yurdu Universitetinin magistratura və MBA proqramlarını seçib maqistrant adını qazanan hər bir gəncimizi səmimi-qəlbdən təbrik edirik
Əziz maqistrantlar!
Odlar Yurdu Universitetinin magistratura və MBA proqramlarını seçib maqistrant adını qazanan hər bir gəncimizi universitetimizin professor-müəllim heyəti və kollektivi adından səmimi-qəlbdən təbrik edirik.
Əmin ola bilərsiniz ki, sizin bir mütəxəssis kimi formalaşmağınızda Odlar Yurdu Universitetinin kollektivi əlindən gələni əsirgəməyəcəkdir.
Nəzərinizə çatdıraq ki, tədris prosesinin təşkilində sizin iş qrafikiniz nəzərə alınacaqdır.
Qəbul olanlar 2023-cü il iyulun 21 saat 11:00-dan iyulun 31 saat 18:00-dək elektron qeydiyyatdan (https://portal.edu.az/) keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün müvafiq sənədləri portala yükləmək tələb olunur.
Qeyd etmək istəyirik ki, sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Məsləhət Mərkəzində xüsusi treninqlər keçmiş əməkdaşlar bütün qaydalar haqqında köməklik göstərirlər (ali təhsil müəssisələrinə ərizə qəbulu, elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s.).
Maqistrantlar onları maraqlandıran suallarla bağlı Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Mərkəz ödənişsiz fəaliyyət göstərir!
 
Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Telefon: (+99455) 465 85 27