Diqqət! Diqqət!

01 Avqust, 2023

Diqqət! Diqqət!
Odlar Yurdu Universitetinin magistratura və MBA proqramları üzrə qəbul planı bütün ixtisaslar üzrə yüksək nəticələr ilə 100% yerinə yetirilmişdir.
Lakin qeydiyyat zamanı məlum olmuşdur ki, universitetimizin bir neçə ixtisasına qəbul olan maqistrların bir qismi, eyni zamanda xarici universitetlərdə təhsil almaq hüququ qazanmış, bir qismi isə bakalavr pilləsini bitirməsi haqda arayışı təqdim edə bilməmişlər. Bu səbəblərdən onlar qeydiyyatdan keçməmişlər.
Odlar Yurdu Universitetində təhsilini davam etdirə bilməyən maqistrların yeri boş qaldığı üçün, arzu edənlər boş qalan yerlərə müraciət edib, növbəti yerləşdirmədə iştirak edə bilərlər.