OYU-nun müəllimi "Redaktor" verilişinin qonağı olmuşdur

03 Avqust, 2023

OYU-nun müəllimi "Redaktor" verilişinin qonağı olmuşdur
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərova Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin təqdim elədiyi və Real TV-də yayımlanan "Redaktor" verilişinin qonağı olmuşdur.
Verlişdə fil.ü.f.d. Sevinc Qəmbərova "Qərbi Azərbaycan şivələri" mövzusunda Real TV-yə müsahibə vermişdir. Müsahibədə o, Qərbi Azərbaycan şivələrinin tədqiqi tarixindən, bu şivələrin dialekt sistemində mövqeyindən, səciyyəvi xüsusiyyətlərindən bəhs etmişdir.