Magistratura səviyyəsinin ikinci turunda Odlar Yurdu Universitetinin magistratura və MBA proqramları üzrə qəbul planı bütün ixtisaslar üzrə 100% yerinə yetirilmişdir

28 Avqust, 2023

Magistratura səviyyəsinin ikinci turunda Odlar Yurdu Universitetinin magistratura və MBA proqramları üzrə qəbul planı bütün ixtisaslar üzrə 100% yerinə yetirilmişdir
Magistratura səviyyəsinin ikinci turunda Odlar Yurdu Universitetinin magistratura və MBA proqramları üzrə qəbul planı bütün ixtisaslar üzrə 100% yerinə yetirilmişdir.
Bu münasibətlə Odlar Yurdu Universitetinin magistrant adını qazanan hər bir gəncimizi universitetimizin rəhbərliyi, professor-müəllim heyəti və kollektivi adından səmimi qəlbdən təbrik edirik!
Qeyd edək ki, ikinci turda qəbul olanlar 2023-cü il avqustun 28-i saat 11:00-dan sentyabrın 4-ü saat 18:00-dək elektron qeydiyyatdan (https://portal.edu.az/) keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün müvafiq sənədləri portala yükləmək tələb olunur.
Nəzərinizə çatdırmaq istəyirik ki, sizin qeydiyyatdan keçməməyiniz bu ixtisaslar üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.
 
Əlavə məlumat üçün universitetimizdə fəaliyyət göstərən Məsləhət Mərkəzinə və aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Telefon: (+99455) 465 85 27