OYU-da Elmi Şuranın iclası keçirilmişdir

07 Sentyabr, 2023

OYU-da Elmi Şuranın iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda OYU-nun rektoru, professor Əhməd Vəliyev əvvəlcə Elmi Şura üzvlərini salamlamış, daha sonra çıxış edərək dəvəti qəbul edib ölkəmizə, o cümlədən OYU-ya təşrif buyurmasına görə sovet və özbək kimya texnoloqu, Daşkənd Dövlət Texniki Universitetinin professoru, Özbəkistan Elmlər Akademiyasının akademiki Nodirbek Rustambekoviç Yusupbekova və onun həyat yoldaşına universitet adından minnətdarlığını bildirmiş, eyni zamanda qonaqlara Odlar Yurdu Universiteti haqqında ətraflı məlumat vermişdir.
OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov qonağı Elmi Şuranın üzvlərinə təqdim etmişdir.
Sonra professor Nodirbek Rustambekoviç Yusupbekovun dünyanın tanınmış akademiklərindən biri olduğunu qeyd edən universitetin rektoru, professor Əhməd Vəliyev, ona Elmi Şuranın qərarına əsasən Odlar Yurdu Universitetinin fəxri qonaq diplomunu təqdim etmiş, daha sonra qonaqlara milli suvenirlər hədiyyə olunmuşdur.
Professor Nodirbek Rustambekoviç Yusupbekov öz növbəsində universitetimizin rektoru, professor Əhməd Vəliyevə Özbəkistanın milli suvenirini hədiyyə etmişdir.
Professor Nodirbek Rustambekoviç Yusupbekov Odlar Yurdu Universitetində olmaqdan, universitetin fəxri qonaq adına layiq görülməkdən məmnunluğunu ifadə edərək, professor Əhməd Vəliyevə və universitetimizin professor-müəllim heyətinə öz təşəkkürünü bildirmişdir.