Təbrik edirik!

08 Sentyabr, 2023

Təbrik edirik!
Bu gözəl sentyabr günündə OYU ailəsinin sevilən üzvü, aparat rəhbərimiz, professor Heydər Qəmbərovun doğum günüdür.
50 illik yubileyi ilə əlaqədar universitetimizdə tədbir təşkil olunmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev başda olmaqla bütün universitet kollektivi iştirak etmişdir.
Universitetimizin rektoru professor Əhməd Vəliyev, prorektorları və professor-müəllim heyəti Heydər müəllimi ad günü münasibətilə təbrik etmişlər, ona öz fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışlar.
Professor Heydər Qəmbərov ad günü münasibətilə onu təbrik edənlərə təşəkkürünü bildirmişdir.