OYU-nun dosenti və tələbələri Aqrar İnnovasiya Festivalında iştirak etmişdir

18 Sentyabr, 2023

OYU-nun dosenti və tələbələri Aqrar İnnovasiya Festivalında iştirak etmişdir
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov və universitetimizin ekologiya ixtisasının tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalında iştirak etmişlər.
Festival “Agro Dairy” MMC-nin aqroparkında təşkil olunmuşdur. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilmişdir.
Hacıqabul rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı, festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənmişdir.