Odlar Yurdu Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilmişdir. Tələbələrə universitetimizin inzibati və professor-müəllim heyəti tərəfindən Odlar Yurdu Universiteti, OYU-nun tədris proqramları, dərs cədvəlləri, imtahan və nizam-intizam qaydaları, beynəlxalq təşkilatlarla əməkdaşlığı, həmçinin mübadilə proqramı çərçivəsində təhsil almaq imkanları haqqında məlumat verilmişdir.