Odlar Yurdu Universitetində 1-ci kurs tələbələrimizlə görüşlər keçirilmişdir.
Görüşlərdə Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov və müvafiq ixtisas istiqamətləri üzrə fakültə dekanları iştirak etmişlər.
Görüşü Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov giriş sözü ilə açaraq tələbələrimizi yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
O, eyni zamanda, universitetimizin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və perspektivdə duran məsələlərlə bağlı çıxış etmişdir.
Bundan əlavə tələbələrə Təhsil tələbə krediti, kreditin növləri və onun üstünlükləri barəsində məlumat verilmişdir.