Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati-aliləri cənab İlham Əliyevə

26 Sentyabr, 2023

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli Prezidentimiz!

Sizi, yenilməz bir Sərkərdə olaraq azad olunmuş torpaqlarımızda antiterror əməliyyatının uğurla başa çatması münasibəti ilə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələri adından təbrik edirəm.
Bu qələbəmiz nəticəsində ölkəmizin suverenliyi və bütövlüyü öz həllini tapmışdır. Bu qələbə ilə Siz sübut etdiniz ki, haqq-ədalət həmişə qalib gəlir və haqq-ədalətin nə olduğunu dünyaya bəyan etdiniz.
Bu qələbəni eyni zamanda Türk dünyasının birgə olması istiqamətində atılan bir addım kimi qiymətləndiririk.
Universitetimizin hər bir tələbəsi, müəllimi Sizinlə fəxr edir və Sizin kimi Prezidenti, Ali Baş Komandanı, dünyanı susdura biləcək Sərkərdəsi olan bir dövlətdə yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər.

Cənab Ali Baş Komandan!

Bir daha Sizi - görkəmli, əvəzolunmaz Sərkərdəmizi və silahdaşınız Mehriban xanımı, övladlarınızı təbrik edir, hər birinizə sağlam həyat, xoş əhval-ruhiyyə, xalqımızın, dövlətimizin, tərəqqipərvər dünyamızın bu günü və sabahı naminə uzun ömür, möhkəm can sağlığı arzu edirəm.
Allah Sizi qorusun!

Əbədi və parlaq qələbələr arzusu ilə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru