OYU-da 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir

27 Sentyabr, 2023

OYU-da 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilmişdir.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov açaraq Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, 27 sentyabrın ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildirmiş, xalqımızın bu haqq savaşında Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordusuna söykənərək qalib gəldiyini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etdiyini diqqətə çatdırmışdır. Prorektor, şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulamışdır.
Daha sonra Odlar Yurdu Universitetinin professor-müəllim heyətinin və tələbələrinin çıxışları dinlənilmişdir.
Çıxışlarda böyük Zəfərin qazanılmasında xalqı vahid ideya ətrafında birləşdirməyə nail olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan əsgərinin igidliyinin və Azərbaycan xalqının həmrəyliyinin əvəzsiz rol oynadığı vurğulanmış, şəhidlərin xatirəsinə ehtiram və minnətdarlıq ifadə olunmuş, qazilərə şəfa azrulanmışdır.
Tədbir zamanı Anım Gününə həsr olunan və tələbələrimiz tərəfindən hazırlanan film nümayiş etdirilmişdir, həmçinin tələbələr tərəfindən şeirlər səsləndirilmişdir.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin prorektorları, aparat rəhbəri, departament, fakültə və kafedra rəhbər və müdirləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.