Odlar Yurdu Kollecində ilk tədris günü

29 Sentyabr, 2023

Odlar Yurdu Kollecində ilk tədris günü
Odlar Yurdu Kollecində 2023/2024-cü tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov çıxış edərək kollecin professor-müəllim heyətini və tələbələrini ilk dərs günü münasibətilə təbrik etmiş, onlara təhsil həyatında gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra Odlar Yurdu Kollecində 2023/2024-cü tədris ilinin ilk günü 1-ci kurs subbakalavrların kolleclə ilk tanışlığı ilə başlamışdır.
Tanışlıq zamanı tələbələr Odlar Yurdu Kollecinin əməkdaşları və professor-müəllim heyəti ilə görüşmüş, daha sonra kollecdə fəaliyyət göstərən müxtəlif strukturlarla tanış olmuşlar.
Subbakalavrlara kollecimiz haqqında məlumatlar verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.