Küveytin dövlət və hökumət nümayəndəsi Odlar Yurdu Universitetində

09 İyun, 2022

Küveytin dövlət və hökumət nümayəndəsi Odlar Yurdu Universitetində

Küveytin İnformasiya nazirinin, İdman və Bələdiyyə nazirinin müşaviri, eləcə də Vəqflər və İslam Məsələləri nazirliyində baş məsləhətçisi olan Ahmad Daifullah Muhammad Al Ali Odlar Yurdu Universitetini ziyarət edib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev fəxri qonağı salamlamış və onu görməkdən məmnunluğunu bildirmişdir.
Öz növbəsində qonaq səmimi qəbula görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə təşəkkür edib.
Gələn qonaq Odlar Yurdu Universiteti haqqında eşitdiyi üçün universiteti daha yaxından tanımaq istəyini bildirmişdir.
Rektor Odlar Yurdu Universiteti, Bakı Britaniya Məktəbi, Müasir İnnovasiyalar Liseyi haqqında gələn qonağı məlumatlandırmışdır. Qonağa Azərbaycan, onun banisi Heydər Əliyev və onun uğurlu davamçısı İlham Əliyev haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra Elmi şuranın qərarına əsasən, Ahmad Daifullah Muhammad Al Ali Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir. Fəxri doktor diplomu və hədiyyə olaraq Azərbaycan xalçası Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tərəfindən təntəli şəkildə Ahmad Daifullah Muhammad Al Ali-yə təqdim olunmuşdur. Qonaq tərəfindən isə Odlar Yurdu Universitetinə Qurani-Kərim hədiyyə olunub.
Görüşün yekununda gələn qonaqla xatirə şəkilləri çəkdirilib.