Odlar Yurdu Universiteti Qənirə xanım Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr, 2023

Odlar Yurdu Universiteti Qənirə xanım Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetimizin professor-müəllim heyəti və tələbələri tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, 2012–2015-ci illərdə Odlar Yurdu Universitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışmış Qənirə Ələsgər qızı Paşayevanın vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!