Odlar Yurdu Universitetində Biologiya və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Primatlarda immunoqlobulin (IG) lokuslarının genomik tədqiqi” adlı seminar keçirilmişdir.
İlk öncə, seminarı OYU-nun Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və seminar haqqında ümumi məlumat vermişdir.
Sonra "2019-2023 Dövlət Proqramı" çərçivəsində Fransa Respublikasının "University of Montpellier" ali təhsil müəssisəsində təbiət istiqamətinin immunogenetika ixtisası üzrə doktorantura təhsili alan Türkan Səmədova çıxış edərək tədbirin keçirilməsində öz dəstəyinə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə minnətdarlığını bildirmiş və seminarın mövzusu haqqında ətraflı məlumat vermişdir.
OYU-nun professor-müəllim heyəti və tələbələr tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, müdir müavini, dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov və Təbiət və texnologiya fakültəsinin tələbələri iştirak etmişlər.