OYU-nun dosenti əməkdaşlıq əlaqələrinin qurulmasına dair tədbirdə iştirak etmişdir

03 Oktyabr, 2023

OYU-nun dosenti əməkdaşlıq əlaqələrinin qurulmasına dair tədbirdə iştirak etmişdir
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov Azərbaycanın aparıcı hüquq şirkətlərindən biri olan "Bureau 28a" tərəfindən InterContinental Baku otelində təşkil olunmuş əməkdaşlıq əlaqələrinin qurulmasına dair tədbirdə iştirak etmişdir.
Qeyd edək ki, keçirilən tədbirin əsas məqsədi peşəkarları bir araya gətirmək, fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq və potensial əməkdaşlıqları araşdırmaq üçün platformanı təqdim etməkdir.
Tədbirin xüsusiyyətləri effektiv əlaqələrin qurulması, strukturlaşdırılmış format, məlumat mübadiləsi, sürətli qiymətləndirmələr, tədbir zamanı dəstəkdən ibarət idi.
Odlar Yurdu Universiteti və Bureau 28a arasında əlaqələrin yaradılması, əməkdaşlığın gücləndirilməsi, tələbələrin istehsalat təcrübəsi, peşə seçimi, karyera inkişafı və bir sıra vacib məsələlər görüşün əsas müzakirə mövzusu olmuşdur.