OYU-nun əməkdaşları İsveçdə baş tutmuş səfərlə bağlı təlim keçmişdir

06 Sentyabr, 2023

OYU-nun əməkdaşları İsveçdə baş tutmuş səfərlə bağlı təlim keçmişdir

Odlar Yurdu Universitetinin Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Kristina Məmmədova 21-25 avqust tarixlərində baş tutmuş İsveçə səfərlə bağlı təlim keçmişdilər.
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorisumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin İsveç Krallığının Stokholm şəhərinə olan səfəri haqqında Odlar Yurdu Universitetinin professor-müəllim və inzibati heyətinə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, səfərin əsas məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olmuşdur.
Bu layihənin önəm və əhəmiyyətindən bəhs edilmişdir. Azərbaycan ali təhsil müəssisələrinin, xüsusilə də region universitetlərinin sahibkarlıq və innovasiya fəaliyyətlərinin gücləndirilməsində, təşəbbüskar və innovativ ideyaların yaranması və dəstəklənməsində mühüm rol oynayacağını vurğulanmışdır.
KTH Kral Texnologiya Universitetinin əməkdaşları tərəfindən keçirilmiş sahibkarlığın gücləndirilməsi-sahibkarlıqda təhsil, innovasiya, sahibkarlıq və vençurların yaradılması, texnologiya əsaslı sahibkarlıq, ali təhsil və tədqiqatda innovasiyalar, sahibkarlıq və innovasiyaların inkişafında beynəlxalq layihələr kimi mühüm mövzularda təqdimatlar nümayiş olunmuşduğu qeyd olunmuş və həmin universitetin qabaqcıl təcrübələri haqqında bizim professor-müəllim heyəti ilə bölüşülmüşdür.