Odlar Yurdu Universitetinin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik mesajı

05 Oktyabr, 2023

Odlar Yurdu Universitetinin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik mesajı
Əziz müəllimlər!
Odlar Yurdu Universiteti olaraq, sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!
Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamı müəllim adının ən gözəl ifadəsidir.
Bu gün Azərbaycanın müəllimləri xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər.
Əziz müəllimlər siz hər zaman ən dəyərlilərdənsiniz!
Siz öyrətdiklərinizlə qəlblərdəsiniz! Hər zaman var olun!
Beynəlxalq Müəllimlər Gününüz mübarək!