OYU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilmişdir

06 Oktyabr, 2023

OYU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilmişdir
Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşmüşdür.
Rektor peşə bayramı münasibətilə OYU-nun professor-müəllim heyəti üzvlərini təbrik etmiş, onlara elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu qeyd edən rektorumuz Ulu Öndər Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini vurğulamışdır. Bildirilmişdir ki, Ümumilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevində təhsilimizin inkişafına çox böyük əhəmiyyət verir.
Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müəllimlərin əməyinin əvəzedilməz olduğunu bildirən prof. Əhməd Vəliyev universitetdə yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd etmişdir.
Daha sonra OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov çıxış edərək universitetin professor-müəllim heyətini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Professor Fəxrəddin Məmmədov müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edildiyini qeyd etmişdir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşdığı, onu yüksək qiymətləndirildiyi qeyd olunmuşdur.
Beynəlxalq Müəllimlər Gününün əhəmiyyətindən və ölkəmizdə müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılmışdır.