OYU-da TGT-nin birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur

09 Oktyabr, 2023

OYU-da TGT-nin birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur
Odlar Yurdu Universitetində Tələbə Gənclər Təşkilatının birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur.
Görüşdə Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatı sədri Sevgiyyə Əlizadə, təşkilat nümayəndələri və universitetimizə yeni qəbul olunmuş tələbələr iştirak etmişlər.
TGT sədri Sevgiyyə Əlizadə ilk olaraq tələbə adını qazanan gəncləri təbrik etmiş və təhsil alacaqları Odlar Yurdu Universitetinin maddi-texniki bazası, fakültə və kafedraları, departamentləri, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti, bundan əlavə Tələbə Gənclər Təşkilatı haqqında, təşkilatın əsas məqsəd və vəzifələri, tələbələrin təşkilatda iştirakı, təşkilatın idarə heyəti, klublar, seçki prosesi, təşkilatın fəaliyyətinə nəzarət və digər məsələlər haqqında tələbələrə məlumat vermişdir.
Odlar Yurdu Universitetinin tələbələri tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.