Odlar Yurdu Universitetində İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

16 Oktyabr, 2023

Odlar Yurdu Universitetində İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları tərəfindən Ulu Öndərin büstü ziyarət olunmuş, gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev bildirmişdir ki, Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi cənab İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoymuşdur. Beləliklə, düşmən ordusu darmadağın edilmişdir və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatmışdır.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 2003-2023-cü illər tarixə möhtəşəm 20 il kimi daxil olmuşdur.
Cənab rektorun göstərişi ilə “Prezident İlham Əliyev: Uğuran aparan 20 il” mövzusunda inşa yazı müsabiqəsi təsis olunmuşdur.
Müsabiqə qaliblərinə Odlar Yurdu Universiteti tərəfindən xüsusi mükakafatlar da təqdim olunması nəzərdə tutulmuşdu.
Daha sonra çıxış edən rektor koməkçisi, dos. Füzuli Həsənov Odlar Yurdu Universiteti adından ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə yazılmış təbrik məktubunu konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Konfransda Odlar Yurdu Universitetinin tələbələrinin çıxışları dinlənilmiş, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunan və tələbələrimiz tərəfindən hazırlanan film nümayiş etdirilmişdir.
Konfrans Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandan” adlı mahnı ilə sonlanmışdır.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prorektorları, aparat rəhbəri, departament, fakültə və kafedra rəhbər və müdirləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.