Cənubi Rusiya Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

17 Oktyabr, 2023

Cənubi Rusiya Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində
Cənubi Rusiya Universitetinin rektoru, prof. İmran Əkbərov və universitetin nümayəndə heyəti Odlar Yurdu Universitetində olmuşlar.
Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin həyatında son illər baş verən yeniliklər, OYU-nun akademik fəaliyyəti, burada aparılan yenidənqurma işləri haqqında qonağa ətraflı məlumat vermiş və Rusiya Federasiyasının universitetləri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır.
Görüşdən məmnun qaldıqlarını qeyd edən qonaqlar Odlar Yurdu Universiteti ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Daha sonra OYU-nun rektoru Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, BSB Tam Orta İnnovasiyalar Məktəbi, Müasir İnnovasiyalar Liseyi haqqında gələn qonağları məlumatlandırmışdır. Qonaqlar Odlar Yurdu Universitetin tədris şəraiti ilə də tanış olmuşdular.
Odlar Yurdu Universiteti və Cənubi Rusiya Universitetini arasında əlaqələrin önəmindən danışan prof. Əhməd Vəliyev gələcəkdə görüləcək işlərin davamlı və uğurlu olacağına inandığını söyləmişdir. Daha sonra görüşdə iştirak edən qonaqlara söz verilmişdir.
İki universitet arasında təhsil, elm və tədqiqat əməkdaşlığı protokolu imzalanmışdır.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev, Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov, Cənubi Rusiya Universitetinin rektoru və universitet nümayəndəsi iştirak etmişlər.
Görüşün yekununda gələn qonaqlarla xatirə şəkilləri çəkdirilmişdir.