Odlar Yurdu Universitetində “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı konfrans keçirilmişdir

18 Oktyabr, 2023

Odlar Yurdu Universitetində “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı konfrans keçirilmişdir

Odlar Yurdu Universiteti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan "Heydər Əliyev və Müstəqil Azərbaycan" adlı konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları tərəfindən Ulu Öndərin büstü ziyarət olunmuş, gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev 1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximiz, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyanın sivil və demokratik dövlətləri sırasına qoşulması və Ulu Öndərin yürütdüyü siyasət nəticəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verilmişdir.
Cənab rektor vurğulanmışdır ki, respublikamızın müstəqillik yolunda qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində xalqımız tarixin ağır sınaqlarından şərəflə çıxaraq, müstəqilliyini qoruyub saxlaya, möhkəmləndirə, əbədi və dönməz edə bilmişdir.
Professor Əhməd Vəliyev Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı güclü, qüdrətli dövlətə çevirməsi istiqamətində yorulmaz fəaliyyəti, apardığı uğurlu siyasəti haqqında danışmış, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə verilən yüksək qiyməti diqqətə çatdırmış və tədbir iştirakçılarına tövsiyələrini vermişdir.
Daha sonra cənab rektor təsis etdiyi “Prezident İlham Əliyev: Uğuran aparan 20 il” mövzusunda inşa yazı müsabiqəsi barəsində konfrans iştirakçılarını məlumatlandırmışdı. O, bildirmişdir ki, müsabiqə üçün inşalar 2023-ci il dekabr ayının 15-ə kimi tələbələr tərəfindən təqdim olunmalıdır. İnşalar Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və YAP Nərimanov rayon təşkilatının ekspertləri-münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yüksək qiymətləndirilən inşa müəllifiləri üçün universitet tərəfindən pul və xüsusi mükakafatlar da təqdim olunması nəzərdə tutulur.
Sonra konfransda Odlar Yurdu Universitetinin tələbələrinin çıxışları dinlənilmiş, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan və tələbələrimiz tərəfindən hazırlanan film nümayiş etdirilmişdir.
Konfrans tələbələrimiz tərəfindən ifa olunan və sözləri Ənvər Əlibəyliyə, musiqisi Rauf Hacıyevə məxsus olan “Azərbaycanım” adlı bəstəsi ilə sonlanmışdır.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prorektorları, aparat rəhbəri, departament, fakültə və kafedra rəhbər və müdirləri, professor-müəllim heyəti və tələbələri, həmçinin YAP Nərimanov rayon təşkilatının sədri və nümayəndələri iştirak etmişlər.